Mayın 23-də hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakı və Abşeronda dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağa bilər. Külək şimal-qərbdən cənub-şərqə dönəcək.
Temperatur gecə 15-19°, gündüz 22-27° isti olacaq. Təzyiq 763 mm, rütubət 55-75%.
Regionlarda arabir yağıntı, bəzi yerlərdə qısamüddətli intensiv yağış, şimşək, dolu, dağlarda qar ehtimalı var. Səhər duman olacaq.
Gecə 14-17°, gündüz 23-28°, dağlarda gecə 3-8°, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.












