Mayın 27-də hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakı və Abşeronda dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Külək şimal-qərbdən cənub-şərqə dəyişəcək.
Temperatur gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Təzyiq 757-763 mm civə sütunu, rütubət gecə 70-80%, gündüz 50-55%.
Azərbaycan rayonlarında əsasən yağmursuz, şərqdə gündüz yağış gözlənilir. Qısamüddətli intensiv yağış, şimşək, dolu ehtimalı var. Gecə və səhər duman, qərb küləyi arabir güclənəcək.
Rayonlarda temperatur gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22°, bəzi yerlərdə 25° isti olacaq.












