İyunun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, ara-bir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20°, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 27-32° isti, dağlarda gecə 7-12°, gündüz 16-20°, bəzi yerlərdə 23-26° isti olacaq.












