Milli Hidrometeorologiya Xidməti iyunun 23-də gözlənilən hava şəraitini açıqlayıb.
Bakıda və Abşeronda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22°, gündüz 27-32° isti, atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, dağlıq ərazilərdə qısamüddətli intensiv yağış, şimşək, dolu ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq.
Havanın temperaturu rayonlarda gecə 21-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-28° isti olacaq.












