Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
"Azəriqaz" İB-nin məlumatına görə, qaz sızmasının aradan qaldırılması və təmir işləri ilə əlaqədar iyulun 1-də saat 10:00-dan işlər bitənə qədər Nizami rayonunun Keşlə qəsəbəsində, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Yeni Sahədə, Subtropik Sovxozda, Konserv zavodunda və Daş Karxanasında qaz təchizatında qısamüddətli fasilə olacaq.












