Azərbaycanda mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 14-16°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət 75-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntı, şimşək, dolu, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16°, gündüz 21-26°, dağlarda gecə 4-9°, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.












