Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 29-da Abşeron yarımadasında hava şəraiti mülayim keçəcək.
Meteoroloji amillərin tərəddüdü az olacaq, bu da meteohəssas insanlar üçün əlverişli vəziyyət yaradacaq.












