Sabah Lənkəran rayonunun bəzi ərazilərində təbii qazın verilişi dayandırılacaq.
Bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nərimanabad və Balıqçılar qəsəbələri, Üzümçülük kəndi, Liman şəhərinin M.Ə.Rəsulzadə və 28 May küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












