Şəmkir və Qazax rayonlarının bəzi ərazilərində sabah təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 26 may saat 10:00-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Dəllər-Cəyir kəndinin və Qazaxın H.Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.












