İyunun 24-də hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış gözlənilir. Gecəyə doğru qısamüddətli intensiv yağıntı və şimşək ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°, gündüz 29-34° olacaq. Atmosfer təzyiqi 758 mm, rütubət gecə 60-65%, gündüz 40-50% təşkil edəcək.
Regionlarda fasilələrlə yağış yağacaq. Bəzi yerlərdə intensiv, şimşək və dolu ehtimalı var. Axşam yağıntılar güclənəcək. Dağlıq ərazilərdə gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 17-22°, bəzi yerlərdə 25-28° olacaq.












