Sabiq millət vəkili, milli azadlıq hərəkatının tanınmış siması Hacıbaba Əzimov dünyasını dəyişib.
O, tarix elmləri doktoru, professor olub və Lənkəran Dövlət Universitetini qurub, ilk rektor kimi çalışıb.
Hacıbaba Əzimov 1938-ci ildə Lənkəranda anadan olub. Hazırda Təzəpir məscidində vida mərasimi keçirilir, Yasamal qəbiristanlığında dəfn olunacaq.












