Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən son iclasda prokuror 7 il həbs cəzası istəyib.
Zərərçəkən tərəf dəymiş ziyanın ödənilmədiyini bildirərək barışmayıb.
Müdafiə çıxışları və təqsirləndirilənin son sözündən sonra Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əsədli Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunurdu. O, 2023-cü ilin aprelində həbs edilib, sonra ev dustaqlığına buraxılsa da, yenidən həbs olunub.
Zərərçəkənlər arasında politoloq Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsirov və Tamara Allahverdiyeva var.












