Sosial şəbəkədə yayılan videogörüntüdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqlar üçün ayrılan ərzaqların bağça rəhbərliyi tərəfindən mənimsənildiyi iddia olunur.
İddiaya görə, gətirilən ərzaqlar bağça əməkdaşları tərəfindən mənimsənilir və bağçadan çıxarılır. Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, iddialarla bağlı araşdırma aparılacaq.
İdarə qeyd edib: "Təhsil müəssisələrində neqativ hallar yolverilməzdir. Monitorinqlər davamlı aparılır və nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür."











