Bakının Nərimanov rayonunda söküntüdən sonra sakinlərə verilən yeni mənzillərin yararsız olduğu iddia edilir.
Qarabağ küçəsi, 11 ünvanında köhnə tikililər sökülüb, yerində çoxmərtəbəli binalar inşa olunub. Sakinlərə yeni binalardan mənzillər verilib.
Məhəbbət Şamayeva adlı sakin bildirib ki, 2023-cü ildə evin hazır olduğu deyilib, lakin mənzildə çatlar, su və kanalizasiya problemləri var. Şirkət nümayəndələrinə müraciət etdikdə isə qovulublar.
Nərimanov Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı "İnteks" MTK rəhbərliyinə müraciət edib. Şirkət problemin həll ediləcəyini bildirib.












