Salyan rayonunun Çuxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, "Chevrolet" markalı avtomobili idarə edən qadın sürücü, təkərin daşlığa düşməsi nəticəsində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qəzaya uğrayıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.












