Şamaxının Meysəri kəndində keçirilən Beynəlxalq Barbekü Festivalı iyunun 13-14-də başa çatıb.
Festivalda dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar iştirak edib. Onların təcrübəsi və kulinariya ənənələri tədbirə rəng qatıb.
İki gün ərzində kulinariya yarışmaları keçirilib, qonaqlar müxtəlif mətbəxlərin dadına baxıblar.
Sonda sponsorlara və tərəfdaşlara sertifikatlar təqdim olunub.












