Samux rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Burunqovaq kəndi yaxınlığında qeydə alınıb.
MAZ markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Maşın yoldan çıxaraq çaya düşüb.
Nəticədə üç nəfərdən biri boğularaq ölüb. Digər ikisi xilas olub.
Hazırda xilasedicilər meyiti axtarır. Faktla bağlı araşdırma aparılır.












