Mayın 14-16-da bəzi rayonlarda küləkli hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.
Xəbərdarlığa əsasən, şərq küləyi 13.9-20.7 m/san sürətlə əsəcək. Təsir edəcək rayonlar: Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan.
Sakinlərə ehtiyatlı olmaq tövsiyə olunur.












