Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə küləkli hava ilə bağlı sarı xəbərdarlıq verib.
Xəbərdarlıq Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik və Naxçıvan MR-nı əhatə edir.
Şərq küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.












