Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) “General Hospital” klinikasında araşdırmaya başlayıb.
Məlumata görə, klinika saxta sağlamlıq arayışları verirmiş.
Aşkarlanan nöqsanlardan sonra İqtisadiyyat Nazirliyi klinikanın lisenziyasını ləğv edib.
Artıq bu klinika özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.
Məlumat rəsmi olaraq təsdiqlənib.












