Səbail rayonu, Salyan şosesində Liman küçəsinin sakinləri illərdir təhlükəsiz piyada keçidi üçün mübarizə aparır.
Onlar hər gün həyatlarını riskə ataraq yolu keçməyə məcbur olurlar.
Yaxınlıqda yerüstü keçid olsa da, sakinlər ondan istifadə edə bilmir.
Sakinlərdən biri bildirib ki, yaşlı nəsil ümumiyyətlə yolu keçə bilmir.
Yerüstü Nəqliyyat Agentliyi isə işıqforlara piyada bölmələrinin təşkili üçün təklif göndərdiyini açıqlayıb.












