Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə yeni müşavir təyin edilib.
Oxu.Az bildirir ki, bu vəzifəyə Müjdat Həsənov gətirilib.
O, əvvəllər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub.
Qeyd edək ki, aprel ayında bu vəzifədən ayrılan Nəcibə Nəsibovanı Müjdat Həsənov əvəzləyib.












