Bu gün Kəlbəcərdə minaya düşərək həlak olan AzTV operatoru Sirac Abışov və AZƏRTAC müxbiri Məhərrəm İbrahimovun anım günüdür.
Hadisədən 1 gün əvvəl onların şəklini çəkən fotoqraf Rəşad Mehdiyev xatirələrini bölüşdü.
"1 gün fərqlə çəkdiyim fotolar... 4 iyun 2021, səhər saat 11, Susuzluq kəndi. Kimsə ağlına gətirməzdi. Yüz minlərlə minadan daha biri tapdalandı."
Partlayış nəticəsində Sirac, Məhərrəm və Arif Əliyev şəhid oldu. Digərləri yaralandı.
Fotoqrafın arxiv şəkilləri ilk dəfə yayımlanır.












