Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günü yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA) bildirib ki, test imtahanında 6 455 müəllim iştirak edib və 98% davamiyyət qeydə alınıb.
Apellyasiya müraciətlərinin qəbulu iyunun 25-i saat 12:00-dan başlayacaq. Müraciətlər iyulun 25-i saat 12:00-dək portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsi vasitəsilə qəbul ediləcək.
Yekun nəticələr müraciətlərin təhlilindən sonra elan olunacaq.












