Vətəndaşlar bəzən səhvən başqasının kartına pul köçürür. Bəs bu halda nə etməli?
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasında bugünkü mövzu budur.
Mülki Məcəllənin 1091-ci maddəsinə görə, səhv köçürülən pul "əsassız varlanma" sayılır və geri qaytarılmalıdır.
İlk addım banka müraciət etməkdir. Bank "səhv köçürmə üzrə araşdırma" sorğusu açır. Pul alan şəxs könüllü qaytararsa, məsələ həll olunur. Əks halda, məhkəməyə müraciət edilir.












