Mayın 16-sı saat 12:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkə ərazisinin əksər rayonlarında arabir yağış yağır, şimşək çaxır. Bəzi yerlərdə yağıntı leysan xarakterlidir.
Yağıntının miqdarı: Gədəbəydə 11, Ordubad və Naxçıvanda 8, Şərurda 7, Daşkəsən və Culfada 6, Şəmkir və Şahbuzda 5, Göygöl, Gəncə, Lənkəran və Yardımlıda 4, Sədərəkdə 3, Astara, Lerik və Tovuzda 2, digər yerlərdə 1 mm-dək.
Şimal-qərb küləyi əsir: Goranboyda 23, Mingəçevir və Daşkəsəndə 21, Bakı və Abşeronda 20, Naftalanda 18, Gədəbəydə 16 m/s.












