Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi "Son zəng" tədbiri ilə bağlı təlimatları açıqlayıb.
Tədbir iyunun 13-də keçiriləcək. Tədbir məktəb həyətində, olmadıqda idman və ya akt zalında təşkil olunmalıdır.
Səhər saat 8:00, 9:00 və ya 10:00-da başlayıb ən geci 2 saata bitməlidir. Şagirdlər məktəbli formasında olmalı, xarici görünüş qaydalara uyğun olmalıdır.
Bayağı musiqilər qadağandır. Milli-mənəvi dəyərlərə uyğun ssenari olmalı, tədbir Dövlət Himni ilə açılmalı, şəhidlər bir dəqiqəlik sükutla anılmalıdır.
Süfrədə yalnız içməli su ola bilər. Qonaqlara hədiyyə və gül vermək qadağandır. Bədii hissə yalnız məktəb daxili imkanlarla hazırlanmalıdır.












