Sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Təhsil, ünsiyyət və məlumat üçün geniş imkanlar yaradan bu platformalar uşaqların inkişafı üçün risklər də formalaşdırır.
Milli Məclis sosial şəbəkələrdə uşaqların müdafiəsini gücləndirmək üçün qanunvericilik dəyişiklikləri nəzərdə tutur.
Yeni tənzimləmə yaş yoxlanılması mexanizmini tətbiq edəcək. 16 yaşına çatmayan uşaqların müəyyən platformalarda hesab yaratmasına icazə verilməyəcək.
16-18 yaş arası şəxslər valideyn razılığı ilə qeydiyyatdan keçə biləcək.
Sakinlər bu qərarı müsbət qarşılayır. Bir vətəndaş deyir: "Mənim evimdə də azyaşlı var, telefondan ayırmaq olmur. Bu qərarla tamamilə razıyam."
Digər sakin qeyd edir: "Bu qərar valideynlərin yükünü azaldır. Dövlət tərəfindən belə bir müdafiə sistemi qurulur."












