"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.
Oxu.Az Olke.az-a istinadən xəbər verir ki, telekanalın baş direktoru Ayaz Mustafayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"in bədii rəhbəri vəzifəsinə gətirilib.
42 yaşlı N.Qafuroğlu bu təyinata qədər ARB 24 televiziyasının baş prodüseri olub.
Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi baş verib. Keçmiş baş direktor Vado Korovin istefa verib, yerinə Ayaz Mustafayev təyin olunub.












