Son günlər yağan güclü yağışlar nəticəsində onlarla avtomobil su altında qalıb. Bu avtomobillərin bir qismi artıq ikinci əl bazarına çıxarılıb.
Maşın ustası Əlövsət Əliyev bildirib ki, su altında qalan avtomobillərdə bir müddət sonra ciddi texniki nasazlıqlar yaranır. Xüsusilə işlənmiş qaz sistemi su ilə təmasda olduqda problemlər baş verir.
Mütəxəssislər tövsiyə edir ki, ikinci əl avtomobil alarkən mütləq peşəkar servisdə yoxlatdırın. Satıcılar su izlərini gizlədə bilər.
Nəqliyyat eksperti Eyyub Əliyev də alıcılara rəsmi servis mərkəzində diaqnostika etdirməyi məsləhət görür.












