1993-cü ildə doğma yurdumuzdan didərgin düşən Vüsal Dünyamalıyev, bu gün artıq Cəbrayılın Şükürbəyli kəndinə qayıdır.
Oxu.Az-a verdiyi açıqlamada o, kənddə işlə təmin edildiyini bildirib.
"Ölkə başçımıza təşəkkür edirəm. Allah şəhidlərə rəhmət, qazilərə şəfa versin. Tarix müəllimiyəm və burada işlə təmin olunmuşam. Düşmən çox ziyan vurdu, amma biz yenidən torpaqlarımıza qayıdırıq", - deyə o qeyd edib.












