Sumqayıt şəhəri, 76-cı məhəllə sakinləri 21 ildir marşrut avtobusu görmədiklərini deyirlər. Ərazidə nə ictimai nəqliyyat, nə də istirahət parkı var.
Sakinlər hər gün avtobusa minmək üçün 4 km piyada getməyə məcbur olduqlarını bildirirlər. Əhalinin əksəriyyəti yaşlı olduğundan bu məsafəni qət etmək çətindir.
Bir sakin deyir: "100-200 ev var, amma marşrut yoxdur. Yaşlılar uzağa gedə bilmir. Oturmağa yer də yox. Dəfələrlə müraciət etdik, heç kim baxmadı."
Digər bir sakin isə xərclərdən şikayətlənir: "Hər gün şagirdlər piyada gedir. Taksi tutmaq 5 manat, marşrut 50 qəpik olmalı. Xəstəyik, niyə artıq pul verək?"












