Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Sumqayıt Regional Qaz İstismarı idarəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək aşağıdakı ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq:
- Kotec qəsəbəsi
- 26-cı məhəllə
- Kimyaçılar qəsəbəsi
- Xəzər bağları
- Bulvar küçəsi
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.












