Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər bildirib ki, 18-ci mikrorayonda səhər saatlarından su kəsilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, su xəttində qəza baş verib: "Hazırda təmir işləri aparılır. Axşam saatlarında suyun verilməsi bərpa olunacaq."












