Bakının Suraxanı rayonunda Zığ-Hövsan yolunun yaxınlığında yerləşən duzlu gölün palçığı insanlara şəfa verir. Lakin antisanitar vəziyyət xəstəlik yayır.
Baku TV-nin xəbərinə görə, gölə yayda gələnlər diz, onurğa ağrılarına çarə axtarır. Palçıq bədənə sürtülür, göldə yuyulur. Qiymət 50 qəpik.
Vətəndaşlar girişdə avtomobil üçün 1 manat ödəsə də, zibil qalaqları var. Sahiblər deyir: zibili gələnlər atır.












