Şuşada üç yaşayış kompleksinin inşası davam etdirilir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.
O, “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda çıxış edib.
Kompleks 43 binadan ibarətdir. Binaların hündürlüyü beş mərtəbədən çox deyil və bu, şəhərin təbii memarlıq üslubunun qorunmasına hesablanıb.
Hazırda Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb. Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina sakinlərin istifadəsinə verilib.












