13 iyun 2024-cü ildə Şuşa şəhərində "Son zəng" mərasimi keçirilib.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil olunan tədbirdə Prezidentin xüsusi nümayəndəliyi, Dövlət Qoruğu İdarəsi, şəhid ailələri, qazilər, müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər məzunları təbrik edərək onlara uğurlar arzulayıblar. Tədbir musiqi və bədii çıxışlarla davam edib.












