Bond.az White LogoBond.az Black Logo

Tağıyev qızları məktəbə çağırırdı, Xalq yazıçısı isə mətbəxə

Xalq yazıçısı Kamal Abdullanın qadınların evdə qalması ilə bağlı açıqlaması Tağıyevin qız məktəbi ilə müqayisə edilir.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Kubra Məhərrəmova yazır...

Yəqin tanıyırsınız, bir ahıl Xalq yazıçısı var, vaxtaşırı açıqlamaları ilə gündəmə adını yazır. Söhbət ömrünün üçdəbirini rektor vəzifəsində keçirən Kamal Abdulladan gedir. 14 il Bakı Slavyan Universitetinin rektoru olub, 2017-ci ildən isə Azərbaycan Dillər Universitetinə rektorluq edir. Onilliklər ərzində Azərbaycanın təhsil sistemində iştirakı olub. Pis və ya yaxşı, bunu tələbələr, onunla çalışan kollektiv daha yaxşı bilir təbii ki.

Üstəlik də, Kamal müəllim Xalq yazıçısıdır. Xeyli sayda bədii əsərlərin və 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Bir sözlə, məhsuldar fəaliyyətə malik olub, indi də malikdir.

Onu da qeyd edim ki, Kamal Abdulla "2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda qalib olub.

Adım kimi əminəm ki, sorğu tam şəffaf şəraitdə keçirilib.

Bu qədər külliyyata malik qələm əhli, ziyalı, savadlı-bilikli Xalq yazıçısı bu günlərdə müsahibəsində bildirib ki, "Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər".

Onda belə çıxır ki, ömrünün xeyli hissəsini ali məktəblərdə yüksək vəzifədə keçirən Kamal müəllim üçün qızların təhsil alması formal, ya da riyakar xarakter daşıyıb.

Ödənişli əsaslarla təhsil alan qız tələbələr onun üçün yalnız kassanı doldurmaq üçün lazım olub.

Əgər müəllim həqiqətən öz fikrinə sadiqdirsə, o zaman təklif edərdi ki, aşağı bal yığan qızlar ali məktəblərə qəbul olunmasınlar. Onların ödənişi də bizə lazım deyil. Elə həmin aşağı savadlı qızların imtahanları zərf və ya pulla həll olunmasın. Onların heç nəyi bizə lazım deyil.

İndi deyəcəksiniz ki, ali məktəblərdə imtahanların pulla yazılması barədə sübutun varmı? Təbii ki, yoxdur. Amma bu dəniz suyunun duzlu olması kimi bir şeydir. Hamı bilir ki, dənizin duzlu olduğunu anlamaq üçün bütün suyu içməyə ehtiyac yoxdur. Əlqərəz, Kamal müəllim bir ömür qız tələbələrin hesabına karyera qurub, yeyib-içib, vəzifədə olub. İndi də deyir ki, "qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır".

Müsahibədə diqqətimi çəkən daha bir məqam oldu. Bu fikirlər təkcə qadının cəmiyyətdəki roluna münasibəti deyil, ümumiyyətlə universitet və tələbə münasibətlərinə baxışı da ortaya qoyur. Rektor əlavə edib ki, "mən universitetin dəhlizinə çıxanda heç kimə demirəm ki, tələbələri həmin ərazidən uzaqlaşdırın" və bunu əlahiddə, xüsusi tolerantlıq nümunəsi kimi qələmə verir. Halbuki tələbə universitetin əsas subyektidir və onun həmin məkanda olması kiminsə lütfü kimi təqdim edilməməlidir. Bu yanaşma universitet idarəçiliyinə hələ də köhnə iyerarxik münasibətin qalmasından xəbər verir.

Yəqin cənab rektor düşünür ki, təhkimçilik hüququ hələ də qüvvədədir. Rektor xan, tələbələr isə rəiyyətdir. Amma rektor Kamal Abdulla ürəyinin genişliyindən və fövqəladə xeyirxahlığından çıxış edərək rəiyyətlə xoş davranır.

Nə yaxşı ki, bu gün gənclərimiz xaricdə təhsilə üz tutur. Nə yaxşı ki, qızlı-oğlanlı dünyanı tanımağa, keyfiyyətli təhsil almağa yönəlir. Nə yaxşı ki, yeni nəsil köhnə nəsli üstələyir.

Bu məqamı mütləq qeyd etməliyəm ki, Kamal müəllim 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 76 yaşlı ziyalımızdan qızlarımızı daha çox təhsilə və ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirən bir çıxış gözləyirdim. Anasını nümunə çəksin ki, hələ o zamanlardan artıq Azərbaycan qadını həkim olub. Çətin şəraitdə savad alıb və s.

Görünür bəzən müdriklik yaşla gəlmir. Ya da heç gəlmir.

Amma yazıb-oxumağı bacarmayan, 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifi olmayan Hacı Zeynalabdin Tağıyev, dövrünün ən çətin şərtləri altında müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi açdı. Azərbaycanlı - müsəlman qızlarını savada - biliyə təşviq etdi.

Yeri gəlmişkən, Azərbaycanda dörd hissədən ibarət "Tağıyev" filmi çəkilib. Filmin baş prodüseri isə Azərbaycan qadını Arzu Əliyevadır.

Savadlı - bilikli, Azərbaycan tarixinin ən ziddiyyətli, bir o qədər məşhur və sevilən siması olan Tağıyev irsini əbədiləşdirdi. Tağıyevin hekayəsini dünyaya çatdırdı.

Bir əsr əvvəl Tağıyev qızların məktəbə getməsi uğrunda mübarizə aparırdı. Bu gün isə bəzi ziyalılarımız qadının yerini yenidən evlə məhdudlaşdırmağa çalışır. Təəssüf doğuran da məhz budur.

Digər Xəbərlər
Bu gün / 18:01
|
331

Bakı-Naxçıvan reysi ildırım səbəbindən geri döndü

AZAL-ın Bakı-Naxçıvan reysi ildırımlı hava səbəbindən geri döndü. Təyyarə təhlükəsiz eniş edib, digər reys təxirə salınıb.

0
Bu gün / 16:33
|
486

Palma meşələrindən buzlaqlara: Bernina Express

Bernina Express ilə palma meşələrindən buzlaqlara heyrətamiz səyahət. UNESCO Dünya İrsi marşrutu, 55 tunel, 196 körpü.

0
Bu gün / 16:32
|
371

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başladı. Dünya şefləri Meysəri kəndində dad və əyləncə dolu anlar yaşadır.

0
Bu gün / 15:31
|
746

Kəlbəcərdə tək məzun üçün Son zəng

Kəlbəcərdə tək məzun üçün Son zəng tədbiri keçirildi. Nazir Emin Əmrullayev yeganə məzunu təbrik etdi.

0
Bu gün / 15:31
|
559

Kasko sığortada problem yaşamaq üçün nə edək?

Kasko sığortada problem yaşamamak üçün nə etmək lazımdır? Ekspertlər tövsiyələr verir: azadolma məbləği, bazar dəyəri və agentlə müqavilə şərtlərini dəqiqləşdirin.

0
Bu gün / 15:01
|
369

Çimərlik tullantıları sağlamlığa təhlükə

Çimərliklərdə tullantı problemi sağlamlığa necə təsir edir? Vətəndaşların və ekspertlərin rəyləri ilə çimərlik tullantılarının təhlükələri haqqında məlumat.

0
Bu gün / 09:03
|
914

Qan Bankının regional bölmələri azad ərazilərdə

Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır. Səhiyyə Nazirliyi rəsmisi bunu Ümumdünya Qan Donoru Günündə açıqlayıb.

0
Bu gün / 09:02
|
868

14 İyun Hava Proqnozu Açıqlandı

14 iyun 2026-cı il üçün hava proqnozu: Bakı, Abşeron və Azərbaycan rayonlarında hava şəraiti. Yağış, külək və temperatur məlumatları.

0
Bu gün / 09:01
|
307

Xankəndi, Xocalı və Ağdərədə Son Zəng

Xankəndi, Xocalı və Ağdərə məktəblərində Son Zəng tədbiri keçirilib. 2025-2026 tədris ili başa çatdı. Məzunlar Qarabağda sevinc yaşayır.

0
Bu gün / 08:32
|
487

MiniBoss Baku direktoru: 17 yaşında biznes sahibi məzunumuz var

MiniBoss Business School Baku direktorundan maraqlı açıqlamalar: 17 yaşında biznes sahibi məzun, süni intellektin tədrisdə rolu və məktəbin 8 illik uğur hekayəsi.

0
Bu gün / 08:30
|
393

Şuşada "Son zəng" çalındı

Şuşa şəhər 1 nömrəli məktəbdə "Son zəng" tədbiri keçirildi. Məzunlar təbrik edildi, musiqi və bədii çıxışlar oldu.

0
Bu gün / 08:01
|
239

Startap çempionatında mənfəətlilik əsas meyar

Alina Xələfova startap çempionatında mənfəətliliyin ən yüksək bal gətirən meyar olduğunu açıqladı.

0
...
Tağıyev qızları məktəbə çağırırdı, Xalq yazıçısı isə mətbəxə | Bond.az