Bond.az White LogoBond.az Black Logo

Təmizlik Mədəniyyəti: Niyə Hələ də Yerə Zibil Atırıq?

Kübra Məhərrəmova yazır: cəmiyyətimizdə təmizlik mədəniyyətinin itməsi, yerə zibil atmağın səbəbləri və həll yolları haqqında düşündürücü məqalə.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
0

Kübra Məhərrəmova araşdırır: cəmiyyətimizdə təmizlik anlayışı harada itib?

Xalqımızın mədəni, savadlı və etik qaydalara riayət edən çox üzvü var. Lakin son vaxtlar dilində mədəni olanların sayı artır. Kimi danışdırsan, "a toba, biz təmizkar adamlarıq, yerə zibil atmarıq" deyə and içir. Kəndlisi, şəhərlisi fərq etmir.

Hər böyük və ya kiçik tədbirdən sonra ortaya çıxan mənzərə insanı kədərləndirir. Dünən İçərişəhərdə keçirilən Xalça festivalından sonra meydanda xeyli zibil qaldı. Sosial şəbəkədə paylaşılan görüntülərin altında şərh yazanların əksəriyyəti "o qədər adam olub orada, zibildir, nə olsun?" deyə yazdı.

O olsun ki, belə düşünənlərin beyni zibildir. Düşüncəsi zibildir. Danışdığı-yazdığı zibildir. Özündən zəif gördüyü insanın zəhmətinə dəyər verməyən Həmədan eşşəyidir. Üst-başını bəzəməklə deyil, adamın gərək içi səliqəli olsun. Yağlı saçını ütü fenlə düzəltməklə, ya da saqqalına "kant" vurdurmaqla təmizlik olmur.

Hər gün yüzlərlə, əksərən yaşlı-ahıl qadınlar şəhəri süpürür. Hər gün də paytaxt sakinləri əllərindən gələni edirlər ki, şəhər "it günündə" olsun. Maşından zibil atan kim, eyvandan uşaq bezlərini atan kim. Yediyini küçəyə atan kim. Kimdir? Başqa şəhərlərin sakinləri?

Yadınızdadır, Göygöl Milli Parkı açılandan sonra ərazini bir günə zibilə qərq etdilər. Sonra bir dəstə çıxdı ki, "əsas ərazidə kifayət qədər zibil qutusu yox idi, ona görə atdılar!" Yəni mənim gözəl xalqımın bəzi nümayəndələri hələ də başa düşmür ki, məkanından asılı olmayaraq yerə zibil atmaq qadağandır, ayıbdır, mədəniyyətsizlikdir.

Baxırsan şəhərə, ölkəyə, abadlığa, bir də baxırsan abadı bərbad edən adamlara... Sadəcə, içində elə böyük utanc və təəssüf hissi yaranır ki, fikirlərini ifadə edə bilmirsən. Bəs yaxşı, nə edək? İçərişəhəri bağlayaq, Göygöl Milli Parkını bağlayaq ki, adamlar gəlib yeri-göyü zibilləməsinlər?

Diqqət edin, insanlar kəndə-şəhərə baxmır. Hara gedirlərsə, "iz qoyurlar". Meşəyə dincəlməyə gedirlər, oranı zibilləyirlər. Hələ ocağı da söndürmürlər, meşədə yanğına səbəb olurlar. Dəniz kənarına, çimərliyə gedirlər, oranı zibilləyirlər. Kəndə-kəsəyə, çay sahilinə gedirlər, oranı da zibilləyirlər.

Yenə deyirəm, gör nə həddə çatmışıq ki, yerə zibil atmaq mövzusunu müzakirə edirik. Necə izah edəsən? Nə edəsən ki, bir gün gözünü açıb, özünü boğazadək zibilin içində görməyəsən?

Amma bir təklifim var. Yerə zibil atanların hamısını cərimə etməklə yanaşı, onların fotolarını çəkib böyük bannerlərdə hamıya nümayiş etdirmək lazımdır. Özü də altyazı ilə: Filankəsov Filankəs, filan yaş, filan yerin sakini. Filan yerdə yerə zibil atdığı üçün filan qədər cərimə olunub və fotosu "şərəf lövhəsi"nə vurulub. Bəlkə, bundan sonra nəsə düzələ. Amma bir də var ki, özünü öz əli ilə "TikTok"da rüsvay edən adam üçün nə fərqi var, şəkli hara vurulub?

Müəyyən yaşdan sonra insana elementar davranış qaydalarını, sadəcə, izah etməklə öyrətmək mümkün olmur. Daxili səliqə də, təəssüf ki, hər adama fitrətən nəsib olmur - əgər bir şeyi adama Allah verməyibsə, onu bəndə verə bilməz. Hərdən düşünürəm, onun da ürəyi bulanır belə pintilərə baxanda.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...