Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Mirağa Ağaverdiyev 2025-ci ildə bələdiyyədən torpaq sahəsi aldığını və tikinti apardığını deyir. Tikinti bitdikdən sonra Natiq Salahov həmin yerin ona məxsus olduğunu iddia edib.
"Bələdiyyədən iki sot torpaq almışam. Natiq gəlib dedi ki, yer mənimdir. Məlum oldu ki, sahə 2007-ci ildə ona satılıb. Xərclərimin qarşılanmasını və ya başqa torpaq verilməsini tələb edirəm", - deyə Mirağa bildirib.
Natiq Salahov isə deyir: "Bu torpağı 2007-ci ildə sənədlə almışam. Yer faktla, sənədlə mənimdir. Möhlet verib tikilini sökməsini istədim".











