Bazarlarda alıcılara 11-12 manata dondurulmuş quzu əti təklif olunur.
AzTV-nin məlumatına görə, satıcılar bu ətin Monqolustandan gəldiyini bildirirlər.
Bəzi alıcılar bu əti alsa da, digərləri yerli məhsullara üstünlük verir.
Qida eksperti Seymur Qafarov deyir ki, dondurulmuş əti keyfiyyətsiz hesab etmək düzgün deyil: "Bu tip ətlər daha uzun müddət saxlanılmaq üçün nəzərdə tutulur."












