Ukraynanın Sumı vilayətində Rusiya ordusunun dron hücumu nəticəsində 77 yaşlı azərbaycanlı Yelmar Əliyev həlak olub.
Hadisə Rusiya ilə sərhəddə yerləşən Velika Pisarevka rayonunda baş verib. O, avtomobillə hərəkət edərkən dronla atılan əl bombası ilə vurulub.
Mərhum yerindəcə həyatını itirib. Beyləqan rayonundan olan Yelmar Əliyev Ukrayna vətəndaşı idi. Cənazəsi dəfn üçün Azərbaycana göndərilib.












