Bakının şəhərsalma və urban inkişaf təcrübəsi Afrika ölkələri üçün faydalı ola bilər. Bu fikir BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Konqo Demokratik Respublikası üzrə nümayəndəsi Mohamed Coulibaly tərəfindən səsləndirilib.
O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etdiyini bildirib. Coulibaly qeyd edib ki, Bakı planlı və inkişaf etmiş bir şəhərdir.
Forum çərçivəsində mütəxəssislərlə fikir mübadiləsi aparılacaq. Bu, Afrika ilə Azərbaycan arasında əlaqələri gücləndirəcək.












