Hər əlavə oturaq saat ölüm riskini orta hesabla 10% artırır. Bu, "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilir.
Tədqiqatda orta yaşı 56 olan 91 mindən çox insan 12 il izlənilib. Nəticələr göstərir ki, oturaq həyat tərzini fiziki aktivliklə əvəz etmək xərçəngdən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Gün ərzində bir saat yüngül fiziki aktivlik riski 12% azaldır. 30 dəqiqə orta intensivlikli idman riski 8%, cəmi 5 dəqiqə ağır fiziki fəaliyyət isə 22% aşağı salır.
Fasiləsiz oturmaq bütün şiş növlərinin riskini 3%, diabet və piylənmə ilə əlaqəli xərçəng riskini isə 5% artırır.
Uzun müddət oturduqdan sonra qısa hərəkət fasiləsi ölüm riskini 19% azalda bilər. Alimlər qısamüddətli hərəkətin profilaktik əhəmiyyətini vurğulayır.
Gələcək araşdırmalar fiziki aktivliklə bağlı konkret tövsiyələr hazırlamağa kömək edəcək.












