Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları baş tutub.
Oxu.Az-ın məlumatına görə, agentliyin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.
Nicat Mustafayev İnsan resursları departamentinin rəhbəri, Aysel Məmmədova İşə qəbul və kadr planlaşdırılması şöbəsinin müdiri, Sevda Əliyeva isə Təlim və inkişaf şöbəsinin müdiri təyin olunub.












