Bakıda keçiriləcək WUF13 çərçivəsində diplomatik korpus və yüksəksəviyyəli qonaqlarla brifinq keçirilib.
Bakı Olimpiya Stadionunda təşkil olunan brifinqdə 150-ə yaxın xarici qonaq iştirak edib.
Diplomatlara tədbir proqramı, təhlükəsizlik, qarşılanma və nəqliyyat protokolu barədə məlumat verilib.
Heydər Əliyev adına Beynəlxalq Aeroportun fəaliyyət planı da təqdim olunub.
182 ölkədən 40 mindən çox şəxsin qeydiyyatdan keçdiyi bildirilib ki, bu rekorddur.
Brifinq sonunda iştirakçılar üçün stadionda tur təşkil olunub.












