Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Şəhərlər üçün izahlı lüğət" təqdim olunub.
Lüğətin müəllifləri Cəmilə İsmayılzadə, Şücaət Əhmədzadə, Nuriyə Həsənova, Nərmin Tahirli və Murad Cəbrayılovdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov çıxışında bu layihənin dəyərli olduğunu vurğulayıb: "Təxminən son beş ildir beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik. Bu lüğət memarlar, gənc mütəxəssislər və şirkətlər üçün faydalı olacaq."
O qeyd edib ki, lüğət terminologiyanın vahid istifadəsinə kömək edəcək və tələbələr, gənc memarlar üçün xüsusilə əhəmiyyətlidir.












