Bond.az White LogoBond.az Black Logo

WUF13-də ictimai nəqliyyat hərəkəti necə təşkil ediləcək?

WUF13 zamanı ictimai nəqliyyatın hərəkət qaydası açıqlanıb: avtobus marşrutları, mikromobillik zolaqları, taksi xidməti və infrastruktur dəyişiklikləri.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

WUF13-ə hazırlıq dövründə və forum zamanı yerüstü nəqliyyatın iş prinsipi açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, ictimai nəqliyyatda hərəkət aşağıdakı kimi təşkil ediləcək:

Avtobuslarla daşınma: WUF13 çərçivəsində doqquz hab və iki son məntəqə, həmçinin 67-dən çox aralıq məntəqə yaradılıb. Hava limanından məntəqələrə 6, tədbir günlərində isə həmin məntəqələrdən forum ərazisinə 12 marşrut fəaliyyət göstərəcək. Daşımalar əsasən elektrikli avtobuslarla həyata keçiriləcək. Bütün xətlər AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izləniləcək. Prosesə 1500-ə yaxın işçi cəlb edilib.

“Ayna MaaS” tətbiqi ilə həm tədbir, həm də ictimai nəqliyyat marşrutlarında gediş planlaşdırmaq mümkündür. Xarici bank kartları ilə ödəniş imkanı yaradılıb.

İnfrastruktur: 6 küçə və prospektdə 41.5 km xüsusi hərəkət zolağı çəkilib, 34 küçədə (170 km) üfüqi nişanlama bərpa edilib.

Mikromobillik: 63.2 km mikromobillik zolaqları yaradılıb, skuter parkı yenilənib, xarici nömrələrlə qeydiyyat mümkündür.

Taksi fəaliyyəti: 150 “Bakı taksi” və hava limanında 330 taksi cəlb edilib, sürücülər təlim keçib. Taksilər stadion zonası və “Koroğlu” NMM-də istifadə edilə bilər. Hava limanında minib-düşmə yerləri Terminal 2 qarşısında müəyyənləşib.

Digər Xəbərlər
Bu gün / 12:01
|
547

WUF13 Brifinqi: 40 mindən çox qeydiyyat

WUF13-ə hazırlıq brifinqində 150 diplomat və qonaq iştirak etdi, 40 mindən çox qeydiyyat rekord vurdu.

0
Bu gün / 12:00
|
396

Yağış xəbərdarlığı: nə vaxtadək?

Bakıda və Abşeronda yağış xəbərdarlığı: mayın 16-19-u arası yağıntılı hava, şimşək və dolu ehtimalı. Hava 3-6 dərəcə soyuyacaq.

0
Bu gün / 11:47
|
212

Meteohəssaslar üçün hava xəbərdarlığı

Mayın 17-si üçün tibbi-meteoroloji proqnoz: Abşeronda yağışlı hava meteohəssaslara təsir edə bilər.

0
Bu gün / 11:46
|
765

Dəmir yollarında üztanıma ödəniş genişlənir

Azərbaycan Dəmir Yolları üztanıma ödəniş sistemini genişləndirir. SİMA Pay ilə dəmir yollarında səyahət daha rahat olacaq.

0
Bu gün / 11:46
|
735

Keçmiş prokuror: Ölüm hökmünün əleyhinəyəm

Keçmiş prokuror İkram Kərimov ölüm hökmünün əleyhinə olduğunu və cinayət sirlərinin açılmasının əhəmiyyətini vurğulayıb.

0
Bu gün / 11:31
|
956

Xocalıya 10 övladı ilə qayıtdı

Xocalıya 10 övladı ilə qayıdan Anar Buludxanov: 44 yaşında tərk etdiyi kəndə döndü, ən böyük ailəyik.

0
Bu gün / 11:00
|
517

Bakı WUF13-ə hazırdır: Fotorportaj

Bakı WUF13-ə hazırdır: Şəhərsalma Forumu 17-22 may tarixlərində keçiriləcək. Hazırlıq işləri yekunlaşıb, fotolar.

0
Bu gün / 09:47
|
984

Bakıda sürücüləri çaşdıran yol nişanı

Bakıda sürücüləri qayda pozmağa vadar edən yol nişanı və AYNA-dan reaksiya. Ziya Bünyadov prospektindəki nişan sürücüləri çaşdırır.

0
Bu gün / 09:32
|
822

WUF13: 182 ölkədən 40 min iştirakçı

WUF13-ə 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Forum Bakıda mayın 17-22-də keçiriləcək.

0
Bu gün / 09:31
|
946

Sabah bəzi yerlərə dolu düşəcək - 17.05.2026

Sabah Azərbaycanın bəzi bölgələrində dolu yağacağı gözlənilir. 17 may 2026-cı il üçün hava proqnozu.

0
Bu gün / 09:31
|
731

Xocalı kəndlərinə 41 ailə yola salındı

Xocalının 6 kəndinə daha 41 ailə köçürüldü. Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə daimi qayıdış təmin edilib.

0
Bu gün / 09:01
|
769

18 ailə Şükürbəyliyə qayıdır

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülüb. Doğma yurduna qayıdan sakinlər müxtəlif bölgələrdən gətirilib.

0
...