Xalq artisti Xalidə Quliyeva gənclərə maraqlı məsləhət verib. O, iki-üç il birlikdə yaşamağı tövsiyə edir.
Oxu.Az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı səsləndirib.
"Gənclərimiz iki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar", - deyə o bildirib.
Xalidə Quliyeva vurğulayıb ki, cəmiyyətdə çox şeylər səhvdir: "Mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Fikirləri uyğun gəlirsə, bir müddət görüşməli, bir yerdə olmalı, eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməli, bir-birlərini tanımalıdırlar. İki-üç il birlikdə yaşasınlar ki, bir-birinə layiq olduqlarını bilsinlər, sonra ailə qursunlar. Məncə, belə olmalıdır".












