Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində iştirakçılar Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.
Bu barədə Oxu.Az-a Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb. Bəyannamədə elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri öz əksini tapıb.
Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin təşəbbüsünə, türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi diqqətə, Bakı və Xankəndidə tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirilib.
Sənəddə həmçinin türk dövlətlərinin başçılarına təbrik müraciətlərinə görə təşəkkür edilib.












